Qaçaqmalçılıqda təqsirləndirilən DGK-nın sabiq vəzifəli şəxsləri barəsində çıxarılan hökmdən apellyasiya protesti verilib.
Lent.az xəbər verir ki, ötən il iyulun 8-də Dövlət Gömrük Komitəsinin əməkdaşları Pərvin Dursunəliyev, Mənsur Mehdiyev və onların tanışı Əli İbrahimovun tamah niyyətilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən “Heydər Əliyev Beynəlxalq Aeroportu”na təxminən 1,4 kq çəkidə, 190 min 400 manat dəyərində, 999,9 əyarlı, 5 ədəd qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkəyə gətirmələri faktı üzrə cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində yekunlaşdırılıb.
Məhkəmənin hökmü ilə onların hər biri 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq cəza 2 il sınaq müddəti ilə şərti hesab edilib.
Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib.
Faktı Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a təsdiq ediblər.