Qara dənizdə Bolqarıstan sahilləri yaxınlığında Somali bayrağı altında üzən “BETUL 8” yük gəmisi batıb. Gəmidə olan 4 Azərbaycan və 8 Türkiyə vətəndaşı sağ xilas edilib.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Rumıniyadan Misirə təxminən 3 min ton buğda daşıyan gəminin partlayış nəticəsində batdığı ehtimal olunur.
Hadisənin dəniz minasının partlaması və ya pilotsuz uçuş aparatının hücumu nəticəsində baş verməsi versiyaları araşdırılır.