"Kurtlar Vadisi"nin Çakırı toyda  kisənin ağzını   açdı: gəlinə görün  nə hədiyyə   etdi
16 noyabr 2026 13:39 (UTC +04:00)

"Kurtlar Vadisi"nin Çakırı toyda kisənin ağzını açdı: gəlinə görün nə hədiyyə etdi

0

Türkiyənin məşhur aktyoru Oktay Kaynarca qatıldığı toy mərasimində bahalı hədiyyəsi ilə diqqət mərkəzinə düşüb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor Mersin şəhərində kirvəsi və yaxın ailə dostu Ali Topçunun oğlu Süleyman Topçunun toyunda iştirak edib.

İstanbulda vəkil kimi fəaliyyət göstərən Süleyman Topçunun nikah şahidi olan Kaynarca gənc cütlüyün sevincinə şərik olub.

Məşhur aktyorun gəlinə bağışladığı qızıl dəst isə mərasimin ən çox danışılan məqamlarından birinə çevrilib. Hədiyyənin dəqiq qiyməti açıqlanmayıb.

Toyun sonrakı saatlarında Kaynarca qonaqlara daha bir sürpriz edib. Mikrofonu əlinə alan aktyor “Dağlar seni delik-delik delerim” mahnısını ifa edərək məclisə xüsusi rəng qatıb.

Qeyd edək ki, “Kim milyoner olmak ister” proqramından ayrılan Oktay Kaynarcanın “Hamal” adlı yeni serialla ekranlara qayıdacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 110

Oxşar yazılar