Qara dənizdə  partlayan gəmi   batdı - 4  Azərbaycan vətəndaşı   xilas edildi -  VİDEO
16 noyabr 2026 16:22 (UTC +04:00)

Qara dənizdə partlayan gəmi batdı - 4 Azərbaycan vətəndaşı xilas edildi - VİDEO

0

Qara dənizdə Bolqarıstan sahilləri yaxınlığında Somali bayrağı altında üzən “BETUL 8” yük gəmisi batıb. Gəmidə olan 4 Azərbaycan və 8 Türkiyə vətəndaşı sağ xilas edilib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Rumıniyadan Misirə təxminən 3 min ton buğda daşıyan gəminin partlayış nəticəsində batdığı ehtimal olunur.

Hadisənin dəniz minasının partlaması və ya pilotsuz uçuş aparatının hücumu nəticəsində baş verməsi versiyaları araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 118

Oxşar yazılar