Qaxda bir ailənin 4 üzvü və 2 qardaş  qəzada yaralandı
07 iyun 2025 18:41 (UTC +04:00)

Qaxda bir ailənin 4 üzvü və 2 qardaş qəzada yaralandı

Qaxda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Turaclı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəzada Abşeron rayon sakinləri - 39 yaşlı Mehman Abdullayev, onun həyat yoldaşı 39 yaşlı Şəbnəm Abdullayeva, ailənin iki övladı, 12 yaşlı Abdulla İbrahim və 9 yaşlı Abdulla Ömər, həmçinin Qaxın Turaclı kənd sakinləri olan iki qardaş - 39 yaşlı Şəhlar Bəşirov və 37 yaşlı Yasin xəsarət alıblar.

12 yaşlı Abdulla İbrahim Qax RMX-da əməliyyat olunub. Mehman Abdullayev və digər övladı 9 yaşlı Abdulla Zaqatala xəstəxanasına göndəriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5524

Oxşar yazılar