Qazaxıstanda AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırma sona çatır
03 dekabr 2025 10:31 (UTC +04:00)

Qazaxıstanda AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırma sona çatır

0

Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan təyyarəsi ilə bağlı araşdırmanın gedişatını şərh edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, o, araşdırmanın iki hissəyə bölündüyünü deyib:

“Birinci – Baş Prokurorluğun apardığı cinayət işi hissəsidir. Orada onlar rusiyalı həmkarları ilə təmasdadırlar. İkinci hissə isə Nəqliyyat Nazirliyinin apardığı araşdırmaya aiddir – artıq yekun mərhələsindədir. Ona görə də hazırda biz texnologiya lisenziya sahibləri, aviasiya qurğuları və digər avronaviqasiya avadanlıqları üzrə məsul olanlardan son rəyin verilməsini gözləyirik. Əslində isə Nəqliyyat Nazirliyi üzrə araşdırmanı başa çatdırmağa hazırıq”.

Onun sözlərinə görə, araşdırma bu ilin sonunda və ya gələn ilin əvvəlində başa çata bilər.

“Baş Prokurorluğa aid olan hissəyə gəlincə, onlar sıx təmasdadırlar. Orada da irəliləyiş var, siz qonşu ölkələrin müxtəlif liderlərinin bəyanatlarını gördünüz. Ona görə də ümid edirik ki, gələn il oradakı araşdırma da tamamlanacaq”, – Bozumbayev əlavə edib.

Qeyd edək ki, Bakıdan Qroznıya uçan “Azerbaijan Airlines” (AZAL) şirkətinə məxsus Embraer 190 təyyarəsi 2024-cü il dekabrın 25-i səhər saatlarında Aktau yaxınlığında qəzaya uğrayıb. Aviaşirkətin məlumatına görə, təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. 29 nəfər sağ qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar