Qəbələdə DƏHŞƏTLİ CİNAYƏT:  3 nəfər güllələndi, ikisi öldü  - TƏFƏRRÜAT
18 oktyabr 2024 12:02 (UTC +04:00)

Qəbələdə DƏHŞƏTLİ CİNAYƏT: 3 nəfər güllələndi, ikisi öldü - TƏFƏRRÜAT

Qəbələdə baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, silahlı insidentə səbəb borc məsələsi olub. Belə ki, Gülsadə Məmmədəliyevanın oğlu kimdənsə borc götürüb. Bu zaman Əlibaba Gəncimov ona zamin duraraq, borcu vaxtında qaytaracağına söz verib.

Lakin borc qaytarılmadığı üçün Əlibaba Gəncimov odlu silahla Gülsadə Məmmədəliyevanın evinə gəlib. Bu zaman onların arasında mübahisə yaranıb. Mübahisə zamanı qadının nəvəsi 23 yaşlı Nurlan Məmmədalıyev odlu silahla Əlibabaya atəş açıb. Əlibaba daəlindəki silahla nənə və nəvəsini güllələyib.

Nəticədə 3 yaşlı  Gülsadə Məmmədəliyeva və 45 yaşlı Əlibaba Gəncimov aldığı xəsarətlərdən ölüblər. Nurlan Məmmədalıyev isə yaralanıb.

Araşdırmalar davam etdirilir.

Qəbələ rayon Prokurorluğundan Lent.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanıb

Qeyd olunub ki, oktyabrın 17-də saat 21 radələrində Qəbələ rayonu Zərgərli kəndi ərazisində 2 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 Araşdırma zamanı rayonun Laza kənd sakini, 48 yaşlı Əlibaba Gəncimovun rayonun Zərgərli kənd sakini Akif Məmmədliyə məxsus fərdi yaşayış evinə silahla hücum edərək həmin evdə yaşayan 73 yaşlı Gülsadə Məmmədliyevaya atəş açaraq onu qəsdən öldürməsi, sonuncunun nəvəsi 23 yaşlı Nurlan Məmmədliyevə xəsarət yetirməsinə, N.Məmmədliyevin isə odlu silahdan atəş açaraq Əlibaba Gəncimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb, istintaq aparılır.

***
17 Oktyabr, saat: 21:44

 

Oktyabrın 17-də saat 20 radələrində Qəbələ rayonunun Zərgərli kəndində 73 yaşlı  Gülsadə Məmmədəliyeva və 45 yaşlı Əlibaba Gəncimovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi, eləcə də qadının nəvəsi, 23 yaşlı Nurlan Məmmədalıyevin isə xəsarət alması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, araşdırmalarla Əlibaba Gəncimovun ov tüfəngi ilə qadına və nəvəsinə, N.Məmmədalıyevin isə Ə.Gəncimova tüfənglə atəş açdığı müəyyən edilib.

Cinayət aləti hesab edilən ov tüfəngləri götürülüb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8384

Oxşar yazılar

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

22 iyun 2025 , 00:35
Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapıldı

21 iyun 2025 , 22:46
Cəlilabadda ağır qəza, bir nəfər öldü

Cəlilabadda ağır qəza, bir nəfər öldü

21 iyun 2025 , 20:12
DTX-nın saxladığı  icra başçısı  həbs olundu

DTX-nın saxladığı icra başçısı həbs olundu

21 iyun 2025 , 20:05
Hacıqabulda TIR aşdı,  türkmənistanlı sürücü öldü

Hacıqabulda TIR aşdı, türkmənistanlı sürücü öldü

21 iyun 2025 , 19:47
Dünən itkin düşən 9 nəfər  tapıldı

Dünən itkin düşən 9 nəfər tapıldı

21 iyun 2025 , 17:42
Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

21 iyun 2025 , 16:42
Bakıda mikroavtobusla avtobus toqquşdu

Bakıda mikroavtobusla avtobus toqquşdu

21 iyun 2025 , 16:31