Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti sual boşanma xərcləri ilə bağlıdır.
Boşanmaya görə müraciət edən şəxsin nə qədər xərci çıxır?
Lent.az xəbər verir ki, boşanmaq üçün 50 AZN mediasiya, 50 AZN isə məhkəmə rüsumu nəzərdə tutulub:
“Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Bu halda tərəflərin hər ikisi ərizə ilə ya nikah bağlanan qeydiyyat şöbəsinə ya da ki, onların birinin qeydiyyatda olduğu ünvan üzrə qeydiyyat şöbəsinə müraciət edə bilərlər. Boşanmaq üçün 50 AZN mediasiya, 50 AZN isə məhkəmə rüsumu nəzərdə tutulub. Yəni, boşanma iddiası ilə müraciət edən şəxs ümumilikdə 100 AZN rüsum ödəyir”.