Komaya düşən gənc reper  öldü
21 iyun 2025 15:09 (UTC +04:00)

Komaya düşən gənc reper öldü

Rusiyada Flubba təxəllüsü ilə tanınan 26 yaşlı reperi Artem Çerdintsev vəfat edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, iyunun 14-də yaxınları musiqiçinin komaya düşdüyünü bildiriblər, lakin xəstəliyin səbəbi açıqlanmayıb.

Çerdintsev musiqiçi ailəsində dünyaya göz açıb - anası musiqi müəllimidir. O, özü uşaqlıqdan saksafon çalıb və yeddi il əvvəl “Flubba” təxəllüsü ilə hip-hop karyerasına başlayıb.

Musiqiçi ilə vida mərasimi iyunun 20-də keçirilib, kremasiya və dəfn mərasimi isə iyunun 25-də baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528

Oxşar yazılar