Bakıda ilk UFC qalibi Muhammed Usman oldu
21 iyun 2025 21:38 (UTC +04:00)

Bakıda ilk UFC qalibi Muhammed Usman oldu

Bakıda “UFC Fight Night” turniri keçirilir.

Apasport.az xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan yarışa start verilib.

Mübarizə ağır çəkidə başlayıb. Misir təmsilçisi Hamdi Abdel Vahab nigeriyalı Muhammad Usmanla qarşılaşıb.

3 raundun sonunda qalib müəyyənləşməyib. Hakimlərin səsverməsi nəticəsində Muhammed Usman qələbə qazanıb. 

Qeyd edək ki, əsas döyüşlər saat 23:00-da start götürəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504

Oxşar yazılar