"QHT işi" üzrə tutulan Məmməd Alpayla bağlı məhkəmədən YENİ QƏRAR
09 iyul 2025 11:47 (UTC +04:00)

"QHT işi" üzrə tutulan Məmməd Alpayla bağlı məhkəmədən YENİ QƏRAR

0

"Seçki Müşahidə" Alyansının rəhbəri Məmməd Məmmədzadə (Məmməd Alpay) barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

Lent.az-ın xəbərinə görə, Binəqədi Rayon Məhkəməsində təqdimata baxılıb.

Məhkəmə təqdimatı təmin edib və Məmməd Məmmədzadə barəsində olan həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.

Qeyd edək ki, Məmməd Məmmədzadə bu ilin mart ayında saxlanılıb və Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1556

Oxşar yazılar