İsa Həbibbəyli
21 oktyabr 2025 11:46 (UTC +04:00)

İsa Həbibbəyli

“Qızımın çoxlu qızılları oğurlanıb” - İsa Həbibbəyli ETİRAF ETDİ

0

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəylinin qızı Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı bir milyon avrodan artıq nağd pul və qiymətli əşyalarının fırıldaq yolu ilə ələ keçirildiyi məlumatı yayılıb.

Lent.az xəbər verir ki, AMEA rəhbəri Manset.az-a açıqlamasında yayılan məlumatların şişirdildiyini deyib.

“Bu barədə dünən oxumuşam. Yazılır ki, guya qızımın seyfindən 1 milyon avro məbləğində pul oğurlanıb. Əslində isə bu, doğru deyil. Qızımın çoxlu qızıl-zinət əşyaları və şəxsi əşyaları oğurlanıb.

Həmin zinət əşyaları onun anasından və qayınanasından yadigar qalan əşyalardır. Yazılanlar həddindən artıq şişirdilib. Qızımın seyfindən 1 milyon avronun oğurlanması barədə isə mənim heç bir məlumatım yoxdur. Xahiş edirəm, bu kimi məsələlərdə adım hallandırılmasın”, - İ.Həbibbəyli qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 786

Oxşar yazılar