Qohumlarının şantaj etdiyi qadın özünü körpüdən atmaq istədi
09 dekabr 2022 09:56 (UTC +04:00)

Qohumlarının şantaj etdiyi qadın özünü körpüdən atmaq istədi

Gəncədə intihara cəhd hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Gəncə çayı üzrəindəki körpülərdən birində qeydə alınıb. 32 yaşlı şəhər sakini T. Abdullayeva körpülərdən birindən özünü atmaq istəyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, dərhal ərazidə olan polis əməkdaşları hadisəyə müdaxilə ediblər:

"Həmin ərazidə xidmət aparan Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları dərhal xanımın intihar cəhdinin qarşını alaraq, onunla profilaktiki söhbətlər aparıblar. İlkin araşdırmalar zamanı xanım yaxın qohumları tərəfindən şantaj olunduğunu, buna görə də intihar etmək istədiyini bildirib. Hazırda şəhər prokurorluğunda araşdırma aparılır".

# 2064
avatar

Mehman Nəbiyev

Oxşar yazılar