Üç il yer altında  əsirlikdə   saxlanılan aşpazın  qorxunc hekayəsi:   "Məni  insan əti bişirməyə   məcbur etdilər"
18 noyabr 2026 16:21 (UTC +04:00)

Üç il yer altında əsirlikdə saxlanılan aşpazın qorxunc hekayəsi: "Məni insan əti bişirməyə məcbur etdilər"

0

Kolumbiyada keçmiş aşpaz Oskar Rosas iddia edir ki, narkotik karteli tərəfindən üç il yeraltı tunellərdə əsir saxlanılıb və insan əti bişirməyə məcbur edilib. 61 yaşlı Rosas başına silahla hədələndiyini, "Ya bişirərsən, ya da səni yeyəcəyik" deyildiyini xatırlayır və insan əti yeməyə məcbur edildiyini və tunellərə hər gün cəsədlərin gətirildiyini iddia edir.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Kolumbiyanın paytaxtı Boqota şəhərinin, narkotik kartellərinin bol olduğu bölgəsində yaşayan keçmiş aşpaz Oskar Rosas təəccüblü iddialar irəli sürüb. Bir vaxtlar nüfuzlu Avropa restoranlarında çalışan Rosas, narkotik asılılığı səbəbindən işini itirdikdən sonra məskunlaşdığı ərazidə Los Sayaynes cinayətkar təşkilatının əlinə düşdüyünü bildirib.

Yeralti tunellərə aparilib

Rosas, dəstə üzvlərinin onu narkotik müqabilində özəl bir tədbirdə yemək hazırlamaq üçün işə götürdüklərini söyləyib. Lakin keçmiş aşpaz aparıldığı yerin mətbəx deyil, yeraltı tunellər olduğunu və döyüldüyünü və oradan çıxmasına icazə verilmədiyini bildirib.

"Ya bişirərsən, ya biz səni yeyəcəyik"

Toyuq qanı və ilbizlərdən istifadə edərək şeytani ritualda iştiraka məcbur edildiyini iddia edən Rosas, daha sonra ona insan qalıqları olan bir torba təqdim edildiyini söyləyib. O, yeməyi hazırlamaqdan imtina etdikdə başına silah tuşlandığını və dəstə üzvlərinin onu "Ya bişirərsən, ya da səni yeyəcəyik" sözləri ilə hədələdiyini izah edib.

Oscar Rosas

"3 il insan əti ilə qidalandim"

Rosasın iddialarına görə, dəstə üzvləri onu parçalanmış insan cəsədlərindən yemək hazırlamağa məcbur ediblər. O, hazırladığı yeməyi yeməyə məcbur edildiyini və üç il ərzində yalnız insan əti ilə qidalandığını da iddia edib. Keçmiş aşpaz hər gün tunellərə polis məmurları da daxil olmaqla səkkizə qədər cəsəd gətirildiyini və bu yeməkləri yemək üçün müxtəlif ölkələrdən bəzi insanların əraziyə gəldiyini bildirib. Rosas narkotik müqabilində cəsədlərdən orqanlarını çıxarmağa məcbur edildiyini də iddia edib.

İntihar cəhdindən sonra azad olunub

Üç ildən çox yeraltında saxlanıldığını iddia edən Rosas, yaşadığı vəziyyətə dözə bilmədiyi üçün intihar etməyə cəhd etdiyini deyib. O bildirib ki, bu hadisədən sonra dəstə üzvlərindən biri onu küçəyə buraxıb və xəstəxanaya aparıldıqda onun hekayəsinə inanmayıblar və o, psixiatrik şöbəyə yerləşdirilib.

Nyu-Yorkda aşpaz kimi təhsil alan və gəncliyində nüfuzlu Avropa restoranlarında işləyən Rosas 11 ildir narkotikdən uzaq durmağa çalışdığını deyir. Keçmiş aşpaz Kolumbiyanın Bukaramanqe şəhərində reabilitasiya mərkəzi işlədir.

Onun təsvir etdiyi gizli tunel tapılıb

Rosasın iddialarının mərkəzində olan El-Bronks ərazisi 2016-cı ildə genişmiqyaslı polis əməliyyatı ilə ön plana çıxıb. 2500-dən çox təhlükəsizlik işçisinin iştirak etdiyi əməliyyatda cinayətkar təşkilatların fəaliyyət göstərdiyi ərazidə təxminən 100 metr uzunluğunda gizli bir tunel aşkar edilib. Cinayətkarlığa qarşı mübarizə üzrə keçmiş polis rəisi Culiana Kitana da bu il dəstələrin qurbanların cəsədlərini evsiz insanlara yedizdirdiyinə və əraziyə kannibalizm meylli əcnəbiləri cəlb etdiyinə dair dəlillərin olduğunu söyləyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar