Qucağında uşaqla maşın sürən ata qəza törətdi, övladı öldü
21 oktyabr 2025 10:15 (UTC +04:00)

Qucağında uşaqla maşın sürən ata qəza törətdi, övladı öldü

3

Bakıda faciəli hadisə baş verib.

Lent.az xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini, 1992-ci il təvəllüdlü Tural Sədi oğlu Süleymanov qucağında oğlu, 2018-ci il təvəllüdlü Usamə ilə BMW markalı, 77 KV 548 N-li avtomobilə oturub yaşadığı evin həyətində idarə etdikdə uşaq sürüşüb sürət pedalına sıxıldığından avtomobil hasara dəyib.

Nəticədə U.Süleymanlı hadisə yerində ölüb, T.Süleymanov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
3
# 679

Oxşar yazılar