Rasim Quliyev
16 mart 2022 17:23 (UTC +04:00)

Rasim Quliyev

Rasim Quliyev AZADLIQDA - FOTO

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyevin apellyasiya şikayəti  üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Rasim Quliyevin cəzası dəyişərək 2 il sınaq müddəti olmaqla şərti azadlığa buraxılıb. 

Xatırladaq ki, sabiq aparat rəhbəri Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4787

Oxşar yazılar