Rayonda dövlət idarəsinin ərazisində meyit tapıldı -  FOTO
16 iyul 2021 13:47 (UTC +04:00)

Rayonda dövlət idarəsinin ərazisində meyit tapıldı - FOTO

İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin Bəhrəmtəpə Hidroqovşağı İstismarı İdarəsinin fəaliyyət göstərdiyi ərazidə "Platina" adlanan Araz çayından ayrılan su qovşağında 60-70 yaşlarında naməlum kişi meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, onun ehtiyatsızlıqdan su qovşağına yıxılaraq boğulduğu ehtimal edilir.

Aşkar edilən meyit arıq bədən quruluşlu, boyu 171 santimetrdir. Aşkar olunan zaman meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin İmişli rayon Polis Şöbəsinə (02124) 6-60-13 şəhər və 050-359-03-33; 055-231-00-32 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

İmişlidə tapılan meyit

# 1821
avatar

Mehman Nəbiyev

Oxşar yazılar