Rayonda qaçırılan qız ailəsinə qaytarıldı
11 mart 2021 09:53 (UTC +04:00)

Rayonda qaçırılan qız ailəsinə qaytarıldı

Gəncə şəhər Baş Polis İdarəsinin və Nizami rayon Polis İdarəsinin birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon sakini Vüsal Saadov tərəfindən evlənmək məqsədi ilə qaçırılan Gülər Mirzəyeva tapılaraq ailəsinə təhvil verilib.

Bu barədə APA-nın yerli bürosuna DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. 

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

# 1650
avatar

Oxşar yazılar