"Rəmiş" ləqəbli narkotacir saxlanıldı
05 dekabr 2020 11:01 (UTC +04:00)

"Rəmiş" ləqəbli narkotacir saxlanıldı

0

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a  verilən məlumata görə, Gəncə şəhər sakinləri - 31 yaşlı Tahir Əliyev və əvvəllər məhkum olunmuş 27 yaşlı Orxan Sadıqov saxlanılaraq ŞBPİ-yə gətirilib və onların üzərinə baxış keçirilən zaman O. Sadıqovun üzərindən ümumi çəkisi 1 qram, T.Əliyevin üzərindən isə 2 qram  narkotik vasitə olan “marixuana” aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus, şəhər ərazisində yerləşən fərdi evinə baxış keçirilən zaman 1 kiloqram  056 qram çəkidə, narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar edilərək götürülüb. 

Aparılan araşdırmalar zamanı həmi şəxslərə narkotik vasitə satan şəxsin  əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini 1985-ci il təvəllüdlü,  Ramil Əliyev olduğu müəyyən edilib. Onun yaşadığı fərdi yaşayış evində keçirilən əməliyyat-axtarış zamanı üzərindən 15 ədəd kağız bükümlərdə, ümumi çəkisi 15 qram, evin dam örtüyünün altından isə ayrı-ayrı sellofan torbalarda və şüşə bankalarda qablaşdırlımış , ümumi çəkisi 4 kiloqram 025 qram qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.

Faklarla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 862

Oxşar yazılar