Rusiya onları Azərbaycana TƏHVİL VERDİ
12 fevral 2025 18:21 (UTC +04:00)

Rusiya onları Azərbaycana TƏHVİL VERDİ

Beynəlxalq axtarışa verilmiş daha 7 nəfər ölkəmizə ekstradisiya edilib.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Əliyev Səid Azər oğlu, Orucov Artur Şair oğlu, Əliyev Emil Əhliman oğlu, Dehqani Zaur Əhməd oğlu, Səfərli Nahid Rasim oğlu, Mikayıllı Ədil Natiq oğlu və Məmmədov Elmir İmamverdi oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4759

Oxşar yazılar

İki yaşlı oğlan  anasını öldürdü   -  VİDEO

İki yaşlı oğlan anasını öldürdü - VİDEO

16 iyun 2025 , 16:18
Gəncədə hamamda  PARTLAYIŞ: qadın yandı

Gəncədə hamamda PARTLAYIŞ: qadın yandı

16 iyun 2025 , 15:48
Bakıda FACİƏ : 4 yaşlı qız 8-ci mərtəbədən yıxılıb öldü

Bakıda FACİƏ: 4 yaşlı qız 8-ci mərtəbədən yıxılıb öldü

16 iyun 2025 , 14:26
Bakıda yeniyetmə dənizdə batdı

Bakıda yeniyetmə dənizdə batdı

16 iyun 2025 , 12:17
Xaçmazda evdən meyit  tapıldı

Xaçmazda evdən meyit tapıldı

16 iyun 2025 , 11:49
Oğuz-Qəbələ-Bakı su kəmərində qəza:  Bakı susuz qalacaq?

Oğuz-Qəbələ-Bakı su kəmərində qəza: Bakı susuz qalacaq?

16 iyun 2025 , 11:33
Qəbələdə DƏHŞƏT:   həmkəndlisini dəhrə ilə öldürdü

Qəbələdə DƏHŞƏT: həmkəndlisini dəhrə ilə öldürdü

16 iyun 2025 , 09:34
Mikroavtobusla yük avtomobili toqquşdu - 3 yaralı

Mikroavtobusla yük avtomobili toqquşdu - 3 yaralı

16 iyun 2025 , 02:54