Azərbaycanda Tacikistan vətəndaşı Emomov Tagaymurod saxlanılıb.
Lent.az xəbər verir ki, o, Rusiyaya irimiqyaslı heroinin daşınmasını təşkil etməkdə ittiham olunaraq 11 ildən artıqdır ki, beynəlxalq axtarışda olub.
Müstəntiqlərin fikrincə, o, yüzlərlə kiloqram narkotiki idxal edən kuryerlər şəbəkəsinə rəhbərlik edib.
Onun şərikləri bu iş üzrə əvvəllər məhkum olunublar, bəziləri isə artıq azadlığa buraxılıb. Saxlanılan şəxs Rusiya Federasiyasına ekstradisiyası gözlənilir.