Rusiyanın axtarışda verdiyi  azərbaycanlı Avropada TUTULDU - VİDEO
25 aprel 2025 11:58 (UTC +04:00)

Rusiyanın axtarışda verdiyi azərbaycanlı Avropada TUTULDU - VİDEO

Moldova hüquq-mühafizə orqanları beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşını saxlayıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki,  azərbaycanlı qətl və qanunsuz silah alverində şübhəli bilinərək Rusiya Federasiyası tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

Belə ki, 43 yaşlı azərbaycanlı 2021-ci ilin fevralında Leninqrad vilayətinin Şlisselburq şəhərindəki kafedə atışma zamanı bir nəfəri öldürüb. 

43 yaşlı şübhəli Ukrayna sərhədini keçməyə cəhd edərkən Otaki şəhərindəki keçid məntəqəsində saxlanılıb. Moldova hakimiyyəti onun ekstradisiyasına hazırlaşır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 984

Oxşar yazılar