Kobud qayda pozuntusu 4 nəfərin  həyatına son qoydu - Polisdən xəbərdarlıq
21 iyul 2026 10:30 (UTC +04:00)

Kobud qayda pozuntusu 4 nəfərin həyatına son qoydu - Polisdən xəbərdarlıq

0

İyulun 20-si saat 18:00 radələrində Salyan rayonunun Şorsulu kəndinin ərazisində həmin kəndin sakini Nazim Qasımovun idarə etdiyi “VAZ” markalı avtomobillə, əks istiqamətdə hərəkətdə olan Alçalı kənd sakini Razi Dadaşovun idarə etdiyi “Toyota” markalı avtomobil toqquşub.

Qəza nəticəsində Nazim Qasımov və sərnişinləri – İlkin Qasımov və Elnur Əsədov hadisə yerində, Vüqar Əsədov isə xəstəxanada həyatlarını itiriblər. Sərnişinlərdən Əlifağa Hümmətov, eləcə də Razi Dadaşovun azyaşlı oğlu da xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət yol Polisi İdarəsi yüksək sürət və manevretmə qaydalarının pozulması səbəbindən baş verməsi ehtimal olunan sözügedən hadisə ilə əlaqədar bir daha sürücülərə müraciət edərək, onları yayımlanan faciəli faktlara biganə qalmamağa, təhlükəsizlik qaydalarına, verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməyə çağırır.

***

saat 09:25

Salyanda 4 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Lent.az xəbər verir ki, Salyan rayonu Şorsulu kənd sakini 1963-cü il təvəllüdlü Qasımov Nazim Həsənağa oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə 1988-ci il təvəllüdlü Dadaşov Razi Namus oğlunun idarə etdiyi "Toyota Prado" markalı avtomobillə toqquşub.

Nəticədə "VAZ-2106" markalı avtomobilin sürücüsü Nazim Qasımov, sərnişinlər Salyan rayonu, Şorsulu kənd sakinləri 1982-ci il təvəllüdlü Qasımov İlkin Qismət oğlu, 2006-cı il təvəllüdlü Əhmədov Elnur Faiq oğlu, 1972-ci il təvəllüdlü Əsədov Vüqar Tahir oğlu hadisə yerində ölüb.

2003-cü il təvəllüdlü Hümmətov Əlifağa Elsevər oğlu və "Toyota Prado" markalı avtomobildə olan sərnişin Salyan rayonu, Alçalı kənd sakini 2015-ci il təvəllüdlü Dadaşzadə Namus Razi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan RMX-na daxil olublar.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

 

***

01:05

Salyanda baş verən avtomobil qəzasında ölənlərin sayı 4 nəfərə çatıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəzada xəsarət alan “VAZ2106” markalı avtomobildə olan Şorsulu kənd sakini, 1972-ci il təvəllüdlü Əsədov Vüqar Tahir oğlu və daha bir nəfər həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb. 

Faktla bağlı araşdırma aparılır.

***

19:30

Salyanda yol qəzasında 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Lent.az-ın xəbərinə görə, qəzada yaralananlar Salyan xəstəxanasına çatdırılıb.

***

18:47

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə dəmir yol keçidinin yaxınlığında qeydə alınıb.

"Toyota" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfərin öldüyü bildirilir.

Bundan başqa, xəsarət alanlar da olub, onlar Salyan xəstəxanasına çatdırılıb.(APA)

Salyanda yol qəzasında 2 nəfər ölüb - FOTO

Salyanda yol qəzasında 2 nəfər ölüb - FOTO

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4135

Oxşar yazılar