Müəllimə arvadını öldürən ər HAKİM QARŞISINDA
21 iyul 2026 12:36 (UTC +04:00)

Müəllimə arvadını öldürən ər HAKİM QARŞISINDA

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Vasif Abbasovun cinayət işi üzrə məhkəmə hazırlıq prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə anket məlumatlarını dəqiqləşdirib.

Qısa müşavirədən sonra məhkəmə tərkibi işin məhkəmə baxışına verildiyini, baxış iclasının 4 avqust saat  16:00-a təyin olunduğunu elan edib.

Xatırladaq ki, 2026-cı il, martın 20-də Bakının Suraxanı rayonu ərazisində qətl hadisəsi baş verib. Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 118 saylı məktəbin müəlliməsi olan 35 yaşlı Pərvanə Abbasova səhər saatlarında bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qadının qətlində həyat yoldaşı, 43 yaşlı Abbasov Vasif Zahid oğlu şübhəli bilinib. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Həmkarlarının sözlərinə görə, Pərvanə Abbasova illərdir həyat yoldaşı Vasif Abbasov tərəfindən zorakılığa məruz qalıb; övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, V.Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 682

Oxşar yazılar