Elektromobillər 260 min insanın həyatını  xilas etdi
21 iyul 2026 07:18 (UTC +04:00)

Elektromobillər 260 min insanın həyatını xilas etdi

0

"Nature" jurnalında dərc olunan araşdırmaya görə, Çində elektromobillərin sürətlə yayılması havanın çirklənməsini əhəmiyyətli dərəcədə azaldıb.

Lent.az xəbər verir ki, tədqiqat müəlliflərinə görə, bunun nəticəsində son illərdə təxminən 260 min vaxtından əvvəl ölümün qarşısı alınıb.

Araşdırmada qeyd olunur ki, benzin və dizellə işləyən avtomobillərin sayının azalması xüsusilə iri şəhərlərdə zərərli hissəciklərin və azot oksidlərinin miqdarını aşağı salıb.

Alimlər bildirirlər ki, elektromobillərə keçid təkcə iqlim dəyişikliyi ilə mübarizəyə deyil, həm də insanların sağlamlığının qorunmasına ciddi töhfə verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 595

Oxşar yazılar