Avqustun 5-də Ayda qeyri-adi hadisə  baş verəcək
21 iyul 2026 05:14 (UTC +04:00)

Avqustun 5-də Ayda qeyri-adi hadisə baş verəcək

0

Avqustun 5-də istifadə olunmuş Falcon 9 raketinin yuxarı pilləsinin Ay səthinə çırpılması gözlənilir.

Lent.az xəbər verir ki, alimlərin fikrincə zərbə nəticəsində Ayın səthində yeni krater əmələ gələcək və hadisə elmi baxımdan maraqlı məlumatlar əldə etməyə imkan verəcək.

Tədqiqatçılar hesab edirlər ki, toqquşma zamanı havaya qalxacaq toz buludu və yaranacaq krater yüksək dəqiqlikli teleskoplar vasitəsilə müşahidə ediləcək. Əldə olunacaq məlumatlar Ayın səthinin quruluşunu və xüsusiyyətlərini daha dərindən öyrənməyə kömək edə bilər.

Mütəxəssislərin sözlərinə görə, bu cür nəzarət olunan və ya əvvəlcədən proqnozlaşdırılan toqquşmalar kosmik cisimlərin tədqiqi baxımından nadir imkan hesab olunur.

Hadisənin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən rəsədxanalar tərəfindən izlənəcəyi gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 870

Oxşar yazılar