Şamaxı və Xızı rayonlarında 3,6 maqnitudalı zəlzələ olub.
Bu barədə Lent.az-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Yerli vaxtla saat 10:18-də baş verən zəlzələnin ocağı 5 km dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.
Qeyd edək ki, dünən Şamaxı və Xızıda bir neçə dəqiqə intervalla iki zəlzələ olub.