Samuxda 62 minlik  qoyun-keçi oğurlandı
01 may 2025 10:28 (UTC +04:00)

Samuxda 62 minlik qoyun-keçi oğurlandı

Samuxda oğurluq hadisəsi olub.

Lent.az xəbər verir ki, rayon sakini olan vətəndaşlara məxsus ümumi dəyəri 62.600 manat olan 163 baş xırdabuynuzlu heyvan oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı Mahmud Cəfərov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 460

Oxşar yazılar