Samuxda oğurluq edən qohumlar saxlanıldı - FOTO
04 dekabr 2023 08:36 (UTC +04:00)

Samuxda oğurluq edən qohumlar saxlanıldı - FOTO

Samux Rayon Polis Şöbəsinə rayonun Kolayır kəndindəki fərdi yaşayış evlərinin birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb və məlum olub ki, naməlum şəxs və ya şəxslər qeyri-qanuni yolla  mənzilə daxil olaraq oradan ümumi dəyəri 3500 manat olan müxtəlif məişət əşyalarını oğurlayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rövşən Məhərrəmov saxlanılıb. Şübhəli şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun  cinayəti bacısı oğlu Sərxan Balakişiyev ilə birlikdə törətməsi də məlum olub. Polis əməkdaşları S. Balakişiyevi şübhəli şəxs qismində saxlayaraq istintaqa təhvil verib. Faktla bağlı araşdırmalar davam etdirilir

# 1320
avatar

Oxşar yazılar

Şəkidə sirkə içən qadın Bakıda öldü

Şəkidə sirkə içən qadın Bakıda öldü

2 mart 2024 , 10:08
Ağsuda "Mercedes" aşdı, sürücü öldü

Ağsuda "Mercedes" aşdı, sürücü öldü

2 mart 2024 , 09:42
Azərbaycanlılar qızıl mağazasını qarət etdi

Azərbaycanlılar qızıl mağazasını qarət etdi

2 mart 2024 , 09:25
Sumqayıtda DƏHŞƏT:  Qaynını öldürüb   intihar etdi -  YENİLƏNİB

Sumqayıtda DƏHŞƏT: Qaynını öldürüb intihar etdi - YENİLƏNİB

2 mart 2024 , 08:32
Salyan sakinləri 6 kiloqram narkotiklə tutuldu

Salyan sakinləri 6 kiloqram narkotiklə tutuldu

2 mart 2024 , 08:22
Xaçmazda 34 yaşlı kişi bıçaqlandı

Xaçmazda 34 yaşlı kişi bıçaqlandı

1 mart 2024 , 23:49
Saatlıda avtomobil 8 yaşlı qızı vurub öldürdü

Saatlıda avtomobil 8 yaşlı qızı vurub öldürdü

1 mart 2024 , 17:45
Narkotacirlərə kömək edən polis həbs olundu

Narkotacirlərə kömək edən polis həbs olundu

1 mart 2024 , 17:18