Zelenskidən gözlənilməz  qərar:  keçmiş mətbuat katibinə qarşı sanksiya  tətbiq etdi
13 sentyabr 2026 22:09 (UTC +04:00)

Zelenskidən gözlənilməz qərar: keçmiş mətbuat katibinə qarşı sanksiya tətbiq etdi

0

Ukrayna prezidenti Vladimir Zelenski 2019-2021-ci illərdə onun mətbuat katibi vəzifəsində çalışmış Yuliya Mendelə qarşı sanksiyalar tətbiq edib.

Lent.az xəbər verir ki, məlumata görə, Zelenski sentyabrın 13-də Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını qüvvəyə mindirən fərman imzalayıb.

Mendel Ukrayna və Rusiya vətəndaşlarından ibarət 10 nəfərlik siyahıya daxil edilib. Kiyev bu şəxsləri dezinformasiya və Rusiya təbliğatının yayılmasında, həmçinin Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətini dəstəkləməkdə ittiham edir.

Sanksiyalar çərçivəsində aktivlərin bloklanması, ticarət əməliyyatlarının dayandırılması və kapitalın ölkədən çıxarılmasına qadağa kimi məhdudiyyətlər nəzərdə tutulub.

Sanksiyaların 10 il müddətinə tətbiq ediləcəyi bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 550

Oxşar yazılar