Nadir Babayev , saxlanılan şəxs
27 iyul 2021 11:30 (UTC +04:00)

Nadir Babayev , saxlanılan şəxs

Satıcının yatdığını görən oğru FÜRSƏTİ ƏLDƏN VERMƏDİ - VİDEO

Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən marketlərdən birindən oğurluq edilib.

Lent.az xəbər verir ki, Nadir Babayev marketə daxil olub satıcının yatmasından istifadə edərək kassada olan pulları oğurlayıb və daha sonra hadisə yerindən yayınıb.

Oğurluq edən şəxsin mağazaya daxil olması və kassadan oğurluq etməsi obyektin təhlükəsizlik kameraları vasitə ilə də lentə alınıb. Zərərçəkən şəxs hadisə barədə xəbər tutandan sonra ərazi üzrə Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə məlumat verib.

Bölmə əməkdaşlarının qısa zamanda həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri həmin hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Nadir Babayev saxlanılıb. O, ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində araşdırmalar davam etdirilir.    

# 1656
avatar

Oxşar yazılar