Naxçıvanda azyaşlı eyvandan yıxılıb.
Lent.az xəbər verir ki, hadisə şəhərin 3-cü mikrorayon ərazisində yerləşən 5 mərtəbəli binada qeydə alınıb.
Binanın 3-cü mərtəbəsində yaşayan 5 yaşlı Rzayeva Xədicə Heydər qızı ehtiyatsızlıqdan eyvandan yerə yıxılıb. Azyaşlı dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.