Alla Puqaçovadan müsahibədən sonra cəsarətli AÇIQLAMA
17 sentyabr 2025 19:08 (UTC +04:00)

Alla Puqaçovadan müsahibədən sonra cəsarətli AÇIQLAMA

0

Məşhur rusiyalı müğənni Alla Puqaçova uzun illərdən sonra verdiyi müsahibədə Rusiya hakimiyyətini və Ukraynaya qarşı müharibəni tənqid etmişdi. Bu, böyük rezonans doğurub: bir çoxları onu dəstəkləyib. Lakin Rusiya XİN nümayəndəsi Mariya Zaxarova onu ikiüzlülükdə ittiham edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Puqaçova birbaşa cavab verməsə də, sentyabrın 16-da "Instagram"da yazıb:

"Bir anlıq danışmaq həvəsi keçdi. Qədəhimi bitirmək daha yaxşı olmazdımı? Gülə-gülə ayrılsam yaxşı olar".

Qeyd edək ki, o, ailəsi ilə birlikdə müharibənin əvvəlində Rusiyanı tərk edib və münaqişəni açıq şəkildə qınayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar