Şəhidi təhqir edən
16 oktyabr 2021 11:17 (UTC +04:00)

Şəhidi təhqir edən

Şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən Aqil İbrahimov HƏBS EDİLDİ

0

Sosial şəbəkələrdə Tovuz rayonunda şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən Aqil İbrahimov barəsində 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub. 

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib:

"Tovuz rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi üzrə aparılan prosessual tədbirlər çərçivəsində rayon sakinləri – 2001-ci il təvəllüdlü Taleh Hüseynov,  əvvəllər məhkum olunan, 1993-cü il təvəllüdlü Sürət Məmmədov,  əvvəllər məhkum olunan, 1992-ci il təvəllüdlü  Tural Əhmədov, 2000-ci il təvəllüdlü  Elşad Rzayev, 1994-cü il təvəllüdlü Maqsud Bayramov, 2003-cü il təvəllüdlü Əli Hüseynzadə və əvvəllər məhkum olunan, 1967-ci il təvəllüdlü Telman Nağıyev xuliqanlıq zəminində həmyerliləri 1983-cü il təvəllüdlü Aqil İbrahimovu döyməkdə təqsirləndirilərək istintaqa cəlb ediliblər. 

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7859

Oxşar yazılar