Şəkidə 26 yaşlı gənc itkin düşüb.
Şəkinin Baş Göyünk kənd sakini, 1999-cu il təvəllüdlü Nöbərov Valeh Mustafa oğlu dekabrın 23-də günorta saatlarından etibarən itkin düşüb.

Bu barədə APA-ya V. Nöbərovun yaxınları məlumat verib.
Bildirilib ki, Valeh Nöbərovu görən şəxslərdən 070 531 55 47 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, həmin şəxsin itkin düşməsi ilə bağlı ərazi üzrə polis orqanına məlumat daxil olub.
Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. /APA