Şəkidə məhkum özünə xəsarət yetirib.
Lent.az xəbər verir ki, hadisə rayon ərazisindəki cəzaçəkmə müəssisələrinin birində qeydə alınıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il 6 ay müddətinə həbs olunan 51 yaşlı məhkum həbsxananın sanitar qovşağında mismarla qarnını deşib. Xəstəxanaya yerləşdirilən yaralı cərrahi əməliyyat olunub.
Onun bu əməlinə görə, barəsində cinayət işi açılıb.
Məhkəmənin qərarı ilə onun cəzası 4 ay artırılıb. Bununla da o, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2014-cü ildə verdiyi həbs qərarı ilə birgə 6 il 2 ay müddətinə cəza çəkəcək.