Şəmkirdə piyadanı maşın vurdu
05 iyul 2022 08:29 (UTC +04:00)

Şəmkirdə piyadanı maşın vurdu

Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobil 1981-ci il təvəllüdlü Vasif İsmayılovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib,vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu
 

# 1497
avatar

Oxşar yazılar