Şərurda kişi arvadını öldürüb  Polis İdarəsinə getdi
01 avqust 2026 00:03 (UTC +04:00)

Şərurda kişi arvadını öldürüb Polis İdarəsinə getdi

0

İyulun 31-də Şərur rayonu, Qarxun kənd sakini Məmiyeva Sunay Siyafər qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, araşdırma zamanı, Şərur rayonu, Qarxun kənd sakini Məmiyev Nadir Yunis oğlunun həyat yoldaşı Məmiyeva Sunayı öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Nadir Məmiyevin barəsində Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

O özü Polis İdarəsinə gələrək əməlini etiraf edib, istintaq orqanına təhvil verilib və şübhəli şəxs qismində tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar