Şirvanda baş verən qəzada bir ailənin 4 üzvü xəsarət alıb.
Lent.az-ın məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Tayota Prius” markalı avtomobil “Opel” markalı avtomobillə toqquşub.
Nəticədə “Opel” markalı avtomobildə olan bir ailənin 5 üzvündən 4-ü-Neftçala sakini, 37 yaşlı Bəşirli Əli Sədaqət oğlu, Abşeron rayon sakini, 30 yaşlı Bəşirli Leyla İlqar qızı, Bakı şəhər sakini, 28 yaşlı Bəşirova Ayşən İlqar qızı, Şirvan şəhər sakini və 7 yaşlı Bəşirli Gülay Əli qızı yüngül xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirlib.
Onlar ambulator yardım alandan sonra evə buraxılacaq.
Faktla bağlı araşdırma aparılır.