Makaronu belə saxlamaq ölüm TƏHLÜKƏSİDİR
03 may 2025 13:48 (UTC +04:00)

Makaronu belə saxlamaq ölüm TƏHLÜKƏSİDİR

Düyü və makaronun düzgün saxlanılmaması zəhərlənməyə səbəb ola bilər. Makaron və düyü kimi gündəlik istifadə olunan məhsulların səhv saxlanılması sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Bu qidalar bişirildikdən sonra otaq temperaturunda uzun müddət saxlanıldıqda, zərərli bakteriyaların çoxalması üçün ideal mühitə çevrilir.

Bu barədə Lent.az xəbər verir:

Nəyi bilməliyik?

Həkim digər bir istifadəçinin paylaşımına cavab olaraq bu mövzuya toxunub. Həmin paylaşımda 2008-ci ildə Belçikada yaşayan 20 yaşlı gəncin faciəvi ölümündən bəhs olunur. O, beş gün əvvəl bişirdiyi spagetti qalıqlarını soyuducuda saxlamadan otaq temperaturunda saxlamış və yeyəndən sonra ölüb. Makaronu yedikdən sonra onun vəziyyəti sürətlə pisləşib – şiddətli qusma və mədə-bağırsaq simptomları yaranıb. Ertəsi gün isə o ölü tapılıb. Məhkəmə-tibbi ekspertiza nəticəsində kəskin qaraciyər çatışmazlığı aşkar edilib və analizlər spagettidə Bacillus cereus adlı təhlükəli bakteriyanın yüksək səviyyədə olduğunu göstərib.

Həkimin sözlərinə görə, Bacillus cereus bakteriyası makaron və düyü yeməklərində çox sürətlə çoxalır – bu saatlar içində baş verə bilər, günlərlə gözləməyə ehtiyac yoxdur.

“Bu gəncin ölümü tibbdə tez-tez "qızardılmış düyü sindromu" adlanan vəziyyətlə bağlıdır. Bu sindrom zamanı düyü və ya makaron otaq temperaturunda uzun müddət qaldıqda bakteriyalar həddindən artıq çoxalır”.

Hansı hallarda bu yeməklər təhlükəli olur?
Bişmiş makaron və ya düyünü 2 saatdan artıq otaq temperaturunda saxlamayın.

Bişirdikdən 1 saat ərzində soyudun və dərhal soyuducuda və ya dondurucuda saxlayın.

24 saat ərzində istifadə edin və yenidən qızdırmayın.

“İki saat qaydası” zəhərlənməni və ya ölümü mütləq etməsə də, bakteriyaların aktiv çoxalma nöqtəsini göstərir – bu mərhələdən sonra zəhərlənmə riski artır.

Qida zəhərlənməsinin əlamətləri:
Zəhərlənmə zamanı:

Kifayət qədər su için, susuzlaşmanın qarşısını almaq üçün

Dincəlin, ağır və ya ədviyyatlı yeməklərdən uzaq durun

Meyvə şirələri və qazlı içkilərdən çəkinin – bunlar ishalı artırır

Aşağıdakı hallarda dərhal həkimə müraciət edin:

Qanlı qusma

Yaşıl rəngli qusma (böyüklərdə)

Birdən başlayan şiddətli baş ağrısı

Güclü qarın ağrısı

Nəfəs almaqda çətinlik

İştahasızlıq

Ağızda quruluq (susuzlaşma)

Tutmalar

Huşun itməsi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 842

Oxşar yazılar