Güllələnən maşın
13 oktyabr 2021 16:44 (UTC +04:00)

Güllələnən maşın

SON DƏQİQƏ: Ermənilər Kəlbəcərə gedən maşınlarımızı atəşə tutdu - FOTO

Oktyabrın 13-ü saat 14 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb.

Müdafiə Nazirliyindən Lent.a-za verilən xəbərə görə, atəş nəticəsində kolonun önündə hərəkət edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Polisinin Hərbi Avtomobil Müfəttişliyinin “NİVA” markalı avtomobilinin ön, arxa hissəsi, təkəri və hərəkət mexanizmləri zədələnib.

Xoşbəxtlikdən ölən və yaralanan yoxdur.

Azad olunmuş ərazilərdə mülki infrastrukturun bərpa edilməsi üçün Rusiya sülhməramlılarının müşayiəti ilə hərəkət edən mülki təyinatlı avtomobil karvanının qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə tutulması yolverilməzdir.

Bu insidentin araşdırılması üçün Azərbaycan Respublikasının Qarabağ İqtisadi Rayonunun müəyyən hissəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanlığına və Rusiya-Türkiyə Birgə

Monitorinq Mərkəzinə müraciət edilib.

Atəşə tutulan maşın

Atəşə tutulan maşın

Atəşə tutulan maşın

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7501

Oxşar yazılar

Şəmkirdə 52 yaşlı  qadını ilan sancdı

Şəmkirdə 52 yaşlı  qadını ilan sancdı

3 avqust 2025 , 12:39
Şəmkirdə çay evi yandı

Şəmkirdə çay evi yandı

3 avqust 2025 , 08:30
Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü

Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü

2 avqust 2025 , 21:22
Astarada tur rəhbəri dağda yıxılıb öldü

Astarada tur rəhbəri dağda yıxılıb öldü

2 avqust 2025 , 21:16
Evə eyvandan girib boşanmaq istəyən arvadını  öldürdü

Evə eyvandan girib boşanmaq istəyən arvadını öldürdü

2 avqust 2025 , 19:33
Jurnalistə qarşı  dələduzluqla bağlı   məhkəmədən QƏRAR

Jurnalistə qarşı dələduzluqla bağlı məhkəmədən QƏRAR

2 avqust 2025 , 18:49
Kür çayında yeniyetmə boğuldu

Kür çayında yeniyetmə boğuldu

2 avqust 2025 , 18:42
Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb  öldü

Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb öldü

2 avqust 2025 , 17:14