SON DƏQİQƏ:   Parlament prospektində ev yandı  - YENİLƏNİB
03 fevral 2026 15:50 (UTC +04:00)

SON DƏQİQƏ: Parlament prospektində ev yandı - YENİLƏNİB

0

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın tam söndürülüb.

Lent.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

***

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

FHN-in Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

saat 15:24

Bakının mərkəzində bina yanır. 

FHN Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. 

Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riski Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 498

Oxşar yazılar