Paltaryuyan maşınınız bu rejimdə daha çox elektrik  işlədir
03 fevral 2026 13:03 (UTC +04:00)

Paltaryuyan maşınınız bu rejimdə daha çox elektrik işlədir

0

Məişət texnikası elektrik ödənişlərində mühüm paya malikdir və evdə ən çox enerji sərf edən cihazlardan biri də paltaryuyan maşın hesab olunur. Bir çox insan barabanın fırlanmasının daha çox enerji apardığını düşünsə də, əslində əsas yük suyun qızdırılmasının üzərinə düşür. Məhz buna görə də yuma rejiminin seçimi qənaət baxımından həlledici rol oynayır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yüksək temperatur tələb edən proqramlar daha çox elektrik enerjisi sərf edir. Maşın suyu 80–90 dərəcəyə qədər qızdırdıqda qızdırıcı element daha uzun və intensiv işləyir ki, bu da sərfiyyatı əhəmiyyətli dərəcədə artırır.

Ən çox enerji sərf edən rejim – “Pambıq”

“Pambıq” rejimi adətən yüksək temperaturdan istifadə etdiyi üçün elektrik ödənişlərinin artmasına daha çox təsir edir. Müqayisə üçün 30 °C temperaturda yuma təxminən 0,3–0,5 kVt/saat, 90 °C temperaturda yuma isə 2–2,5 kVt/saat enerji sərf edə bilər.

Ekspertlər gündəlik geyimlər üçün 40–60 dərəcə aralığını tövsiyə edir. Bu temperatur ləkələri təmizləmək və bakteriyaları məhv etmək üçün kifayət edir, o cümlədən dəsmal və yataq dəstləri üçün də uyğundur. Çox yüksək temperatur isə yalnız xüsusi hallardaməsələn, uşaq geyimləri və ya həddindən artıq çirkli paltarlar üçün məsləhət görülür.

Adi yuma vərdişlərini bir qədər dəyişməklə elektrik enerjisi sərfini azaltmaq və ailə büdcəsinə qənaət etmək mümkündür.

Maşının uzunömürlü olması üçün tövsiyə

Mütəxəssislər bildirir ki, hətta köhnə paltaryuyan maşın belə düzgün qulluq olunduqda uzun illər problemsiz işləyə bilər. Bunun üçün hər yuma dövründən sonra maşının qapısını bir qədər açıq saxlamaq tövsiyə olunur. Bu, içəridə rütubətin yığılmasının və xoşagəlməz qoxuların yaranmasının qarşısını alır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar