Seçdiyiniz it cinsi xarakteriniz haqqında nə deyir?
03 fevral 2026 11:24 (UTC +04:00)

Seçdiyiniz it cinsi xarakteriniz haqqında nə deyir?

0

İt seçimi insanın şəxsiyyətini əks etdirə bilər. Aparılan araşdırma müxtəlif it cinslərinin sahiblərinə daha çox xas olan xarakter xüsusiyyətlərini üzə çıxarıb. İnsanın seçdiyi it cinsi onun xarakteri haqqında xeyli məlumat verə bilər. Məşhur it cinsləri ilə sahiblərinin şəxsi xüsusiyyətləri arasındakı əlaqəni təhlil ediblər.

Bu barədə Lent.az məlumat verir:

Araşdırmada 16 geniş yayılmış it cinsinin 1500-dən çox hazırkı və keçmiş sahibi iştirak edib. Respondentlər beş əsas xüsusiyyət üzrə qiymətləndirilib: ekstraversiya (ünsiyyətcillik), yeniliklərə açıqlıq, mehribanlıq, emosional sabitlik və məsuliyyətlilik. Nəticələr göstərib ki, it cinsi seçimi ilə insanın dominant xarakter xüsusiyyətləri arasında həqiqətən də əlaqə mövcuddur. Məsələn, border teriyer sahibləri daha çevik, cazibədar və həyatsevər insanlar kimi təsvir olunur. Staffordşir bulteryer seçənlər isə cinsin bəzən mübahisəli reputasiyasına baxmayaraq, etibarlı və mehriban insanlar kimi xarakterizə edilir. Springer spaniellər isə daha çox təmkinli, punktual və ənənələrə sadiq şəxslər tərəfindən seçilir. Tədqiqata görə, miniatür şnauzerlər adətən qayda-qanunu sevən, nizam-intizamlı və təşkilatçı insanlarda olur. Vipet cinsi isə yeni təəssüratları sevən, çoxsaylı maraqları olan və riskdən çəkinməyən insanlara daha uyğundur. Araşdırmada ən populyar cinslərdən olan qızıl retriverlər və labradorlara da xüsusi diqqət ayrılıb. Bu itlərin sahibləri adətən emosional cəhətdən sabit, ünsiyyətə açıq və pozitiv insanlar olur. Taksa və çihuahua sahiblərində isə daha çox etibarlılıq xüsusiyyəti üstünlük təşkil edir. Tədqiqat həmçinin göstərib ki, alman çoban iti sahibləri başqalarına kömək etməyə meyilli olur və məsuliyyəti öz üzərinə götürməkdən çəkinmirlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar