SON DƏQİQƏ!   Qızılağac qoruğu yanır
27 avqust 2021 15:43 (UTC +04:00)

SON DƏQİQƏ! Qızılağac qoruğu yanır

Lənkəranda yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə Balıqçılar qəsəbəsi, Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qeydə alınıb. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər keçirilir.

İlkin məlumata əsasən, təxminən 10 hektar sahədə kol-kos yanır.

Əlavə məlumat veriləcək.

# 2793
avatar

Mehman Nəbiyev

Oxşar yazılar