Sosial şəbəkə vasitəsilə narkokuryerliyə cəlb olunanlar tutuldu - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
06 avqust 2022 12:23 (UTC +04:00)

Sosial şəbəkə vasitəsilə narkokuryerliyə cəlb olunanlar tutuldu - ƏMƏLİYYAT ÇƏKİLİŞİ

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Cəlal Həsənov və tanışı Elvin Novruzov saxlanılıblar.

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, həmin şəxslərin əlində olan bağlamaya baxış zamanı 10 kiloqrama yaxın marixuana və tiryək aşkar edilib. Saxlanılan şəxslər ifadələrində sosial şəbəkələr vasitəsi ilə tanış olduqları xarici ölkələrədən birində yaşayan narkotacirin təsiri altına düşərək onun müxtəlif şirnikləndirici vədləri müqabilində Bakı şəhərində narkokuryerlik təklifi ilə razılaşdıqlarını bildiriblər.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Vəkilxan Səmədov və Pərviz Əsgərov da tutularaq istintaqa cəlb ediliblər. Bu şəxslərdən və onların idarə etdikləri avtomobillərdən 10 kiloqramdan artıq heroin və 2 kiloqram tiryək aşkar edilib. Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, İdarə əməkdaşları tərəfindən Nərimanov rayonunda son dövrlər ərzində keçirilən əməliyyatlar zamanı ümumilikdə 36 kiloqram, cümlədən 23 kiloqram heroin və digər güclü təsiredici narkotik vasitə, 10 kiloqram marixuana, həmçinin 3 kiloqram metamfetamin qanunsuz dövriyyədən çıxarılıb. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

# 1641
avatar

Oxşar yazılar

Tibb bacısı  qocalar evində   17 yaşlı insanı öldürüb

Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb

5 may 2024 , 13:56
Bakıda ər həkim xanımını bıçaqladı -YENİLƏNİB

Bakıda ər həkim xanımını bıçaqladı -YENİLƏNİB

5 may 2024 , 11:20
Bakıda yanğın:  1 nəfərin meyiti tapıldı

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

5 may 2024 , 09:21
Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ  -VİDEO

Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ -VİDEO

5 may 2024 , 03:19
Bakıda "BMW" ilə "Khazar" toqquşdu

Bakıda "BMW" ilə "Khazar" toqquşdu

5 may 2024 , 01:44
Azərbaycanda  tələbə   vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

4 may 2024 , 19:07
Astarada velosipedçi çaya düşüb öldü

Astarada velosipedçi çaya düşüb öldü

4 may 2024 , 18:51
Polis zabiti məhkəmə zalında həbs olundu

Polis zabiti məhkəmə zalında həbs olundu

4 may 2024 , 17:31