Maştağada adam öldürən tutuldu - YENİLƏNİB
04 may 2024 18:29 (UTC +04:00)

Maştağada adam öldürən tutuldu - YENİLƏNİB

Mayın 4-də paytaxtın Sabunçu rayonu ərazisində 50 yaşlı Roman Əsgərovun almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, aparılmış istintaqla 58 yaşlı Rəşid Babayevin mayın 3-də rayonun Maştağa qəsəbəsi ərazisində Roman Əsgərova kəsici-deşici alətlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin istintaqı aparılır. Rəşid Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.

***

14:58

Mayın 3-də axşam saatlarında 50 yaşlı Sabunçu rayonu, Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əsgərovu qətlə yetirməkdə şübhəli bilinən 58 yaşlı Maştağa qəsəbəsi sakini narkotiklərlə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş Rəşid Babayev saxlanılıb.  

Araşdırılmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4170
avatar

Oxşar yazılar

Günün məzənnəsi

Günün məzənnəsi

16 iyun 2024 , 08:30
Günün məzənnəsi

Günün məzənnəsi

15 iyun 2024 , 08:30
Günün məzənnəsi

Günün məzənnəsi

14 iyun 2024 , 08:30
Günün məzənnəsi

Günün məzənnəsi

13 iyun 2024 , 08:30
Günün məzənnəsi

Günün məzənnəsi

12 iyun 2024 , 08:30
Günün məzənnəsi

Günün məzənnəsi

11 iyun 2024 , 08:30
Günün məzənnəsi

Günün məzənnəsi

10 iyun 2024 , 08:30
Günün məzənnəsi

Günün məzənnəsi

9 iyun 2024 , 08:30