Sumqayıtda anbardan külli miqdarda qaçaqmal dərman  tapıldı
29 may 2026 10:20 (UTC +04:00)

Sumqayıtda anbardan külli miqdarda qaçaqmal dərman tapıldı

0

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları Sumqayıtda əməliyyat keçirib.

Komitədən Lent.az-a verilən xəbərə görə, nəticədə qanunsuz yolla ölkə ərazisinə gətirilmiş külli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb.

Qeyd olunur ki, Sumqayıt şəhərində yerləşən aptekin anbarından və yük avtomobilindən dövlət qeydiyyatından keçməyən 251 adda 44335 ədəd (konvolyut, ampul və flakon formasında) dərman vasitələri aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 452

Oxşar yazılar