Sumqayıtda gənc qız binadan yıxılıb.
Lent.az xəbər verir ki, hadisə Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisindəki yaşayış binalarından birində qeydə alınıb.
Şəhər sakini, 2006-cı il təvəllüdlü Aysel Əlizadə qızı Əlizadə yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş A.Əlizadənin vəziyyəti ağırdır.
Araşdırmalar aparılır.