Əri tərəfindən bıçaqlanan qadın xəstəxanada öldü - YENİLƏNİB
02 iyul 2025 02:25 (UTC +04:00)

Əri tərəfindən bıçaqlanan qadın xəstəxanada öldü - YENİLƏNİB

Sumqayıtda əri tərəfindən bıçaqlanan 1985-ci il təvəllüdlü Aygün Siracəddin qızı Bağırova xəstəxanada ölüb.

APA xəbər verir ki, həkimlərin müdaxiləsinə baxmayaraq yaralını xilas etmək mümkün olmayıb.

Məlumata görə A. Bağırovanın həyat yoldaşı onu bıçaqladıqdan sonra könüllü şəkildə polisə təslim olub.

***

22:27

Sumqayıtda bıçaqlanma qeydə alınıb.

Lent.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

İlkin məlumata görə, ailə münaqişəsi zəminində kişi həyat yoldaşına bıçaqlayıb.

Yaralı qadın xəstəxanaya çatdırılıb. Onun vəziyyəti barədə hələlik məlumat verilmir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 996

Oxşar yazılar